Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qapanmalarla bağlı qərar verilə bilər - AÇIQLAMA

Azərbaycanda qapanmalarla bağlı qərar verilə bilər - AÇIQLAMA

CƏMİYYƏT

491

08.02.2022, 00:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun "Omikron" ştammına yoluxma sayında yüksək artım müşahidə edilir".

Oxu24.com  report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".

H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik".

Prezident hər kəsin gözlədiyi fərmanı imzaladı:  Maaşlar 20 faiz artırılıb