Qaynar xətt:

(+99450) 247 90 86

Toyda kütləvi dava: 24 nəfər xəsarət aldı - VİDEO

Toyda kütləvi dava: 24 nəfər xəsarət aldı - VİDEO

CƏMİYYƏT

500

07.02.2022, 21:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə toy məclislərinin birində 20-dən çox adamın xəsarət aldığı kütləvi dava olub. 

OXU24.COM xəbər verir ki, toyun əvvəlində hamı mehriban olsa da, sonu yaxşı bitməyib. Məlumata görə, qonaqlardan birinin stulu yerə vurmasından sonra ara qarışıb.

Sakarya bölgəsində baş verən hadisədə, məclisdə iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub. 

Qeyd edilir ki, gəlin öz qohumlarını məhkəməyə verib. Belə ki, hadisənin baş verməsinə görə qadının qohumları günahlandırılır.

Hadisə zamanı 24 nəfər yaralanıb. 1 nəfərin polisə müqavimət göstərməsi səbəbindən saxlanıldığı bildirilir.

Davanın zinət əşyaları səbəbindən baş verdiyi söylənilir.