Qaynar xətt:

(+99450) 247 90 86

“Aİ-95” əvəzinə “Aİ-92” tökənlərin NƏZƏRİNƏ - 5 min ziyan

“Aİ-95” əvəzinə “Aİ-92” tökənlərin NƏZƏRİNƏ - 5 min ziyan

CƏMİYYƏT

1150

06.02.2022, 21:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Aİ-95” markalı benzinin qiyməti bahalaşması bəzi sürücülərin cibinə əməlli-başlı təsir edib. Belə ki, son vaxtlar bəziləri avtomobili premium markalı benzin üçün nəzərdə tutulsa da, daha aşağı keyfiyyətli yanacaq alırlar. Bunu maddi imkanla əlaqələndirirlər. 

Oxu24.com xəbər verir  ki, ancaq sürücülərin bu cür qənaət metodu onların daha çox pul xərcləmələrinə səbəb ola bilər. Belə ki, Avtomobil ustalarıdeyir ki, həminnəqliyyat vasitələrinə“Aİ-92 markalı benzin tökdükdən bir qədər sonra ciddi problemlər ortaya çıxır. 

Ustaların fikrincə,belə qənaət üsulu həm də nəqliyyat vasitəsinin matorunun gücünə təsir edir. Sonradan isə bu problemi aradan qaldırmaq üçün müəyyən qatqılardan istifadə olunur ki, bəzən həmin məhlullar da işə yaramır. 

Ustaların sözlərinə görə, “Aİ-95” markalı benzini “Aİ-92” ilə əvəz etmək avtomobil sahibini hətta 2 min manatdan 5 min manatadək xərcə də sala bilər.