Qaynar xətt:

(+99450) 247 90 86

Güclü külək beş kəndi işıqsız qoydu

Güclü külək beş kəndi işıqsız qoydu

CƏMİYYƏT

338

05.02.2022, 21:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Güclü külək Qax rayonunda bir sıra fəsadlara səbəb olub.

OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, günorta saatlarından əsən güclü külək rayonun beş kəndini işıqsız qoyub.

Belə ki, rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacının elektrik xəttinin üzərinə aşması nəticəsində xətlərə ciddi ziyan dəyib.

Hal-hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.


Verilən məlumata görə, yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.