Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Təhsil Nazirliyi açıqlama yaydı: DİQQƏT!

SON DƏQİQƏ! Təhsil Nazirliyi açıqlama yaydı: DİQQƏT!

CƏMİYYƏT

1255

04.02.2022, 20:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təhsil Nazirliyi koronavirusun yeni ştamı “Omikron”un sürətlə yayılması səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.

Oxu24.com-un xəbərinə görə, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib.

Onun sözlərinə görə, bu, fevralın 2-nə olan məlumatdır.

Şöbə müdiri bildirib ki, 299 sinif də tədrisi onlayn formada davam etdirir: “Həmin məktəb və siniflər bir həftə ərzində distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur”.

SON DƏQİQƏ! Xəbər indilərdə açıqlandı:  Əhaliyə xəbərdarlıq edildi