Qaynar xətt:

(+99450) 247 90 86

Efirdən qərib düşən Azər Qəribov AzTV-də - VİDEO - FOTO

Efirdən qərib düşən Azər Qəribov AzTV-də - VİDEO - FOTO

CƏMİYYƏT

536

02.02.2022, 17:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddətdir verilişləri televiziya ekranlarından qərib düşən tanınmış jurnalist Azər Qəribov AzTV ilə əməkdaşlığa başlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, səfər etdiyi ölkələrdə başına gələn əhvalatları tamaşaçıya yumor dili ilə çatdıran jurnalistin verilişi "Oralar" adı ilə yayımlanacaq.

OXU24.COM bildirir ki, 2003-cü ildən səyahət verilişləri aparan Azər Qəribovun AzTV-də efirə gedəcək proqramında yeniliklər olacaq.

Bu barədə açıqlama verən jurnalist deyib ki, veriliş videobloq formatında çəkiləcək: "Əvvəllər kadrarxası mətnlərə üstünlük verilirdisə, indi daha çox yerindəcə söhbətlər olacaq. Əvvəllər musiqiyə daha çox önəm verilirdi, amma indi elə olmayacaq".

A.Qəribov efirə qayıdışının ilk səfərini Türkiyənin Antalya bölgəsinə edib. İlk veriliş də məhz bura ilə bağlı olacaq: "Məqsədimiz Antalyada payız-qış aylarında istirahəti göstərməkdir".

"Oralar"ın ayda iki yeni buraxılışının efirə verilməsi nəzərdə tutulur.

İlk buraxılış fevralın 5-i saat 16:30-da AzTV-də yayımlanacaq.