Sahil Babayev AÇIQLADI:2028-ci ildən tətbiq olunacaq
05 Noyabr 2026, 05:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
486
01.02.2022, 19:33
Yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyitinin tapılıb.
Regionxeberleri.com publika.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin öldürüldüyü və daha sonra həmin quyuya atıldığı üzə çıxıb.
Belə ki, M.Hüseynlinin atası yanvarın 23-də qızının itkin düşməsi barədə polisə məlumat veribmiş.
Məlumata görə, uşağın anası bir müddət əvvəl həyat yoldaşını ataraq evdən gedib. Bundan sonra T.Hüseynli 2018-ci il təvəllüdlü qızını özü saxlamağa başlayıb. Yanvarın 22-də isə o, övladını qonşuluqda yaşayan ailəyə verərək gedib. Günün sonunadək geri qayıtmayan T.Hüseynli yanvarın 23-də geri qayıdıb və qonşudan uşağı istəyib. Qonşuluqda yaşayan şəxs isə uşağın onlarda olmadığını deyib. Bundan sonra T.Hüseyn Məryəmin itkin düşməsi ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalar nəticəsində 4 yaşlı qızın həmin evdən çıxmadığı, gecəni qonşunun evində olduğu məlum olub. Daha sonra uşağın öldürülərək həyətdəki su quyusuna atıldığı məlum olub dərhal əraziyə FHN xilasediciləri cəlb edilib. Quyuya baxış keçirilərkən məlum olub ki, azyaşlının meyiti 10 metr dərinlikli quyuya atıldıqdan sonra izi itirmək məqsədilə üzərinə qum və daha sonra mişar daşı tökülüb.
Xilasedicilər 4 yaşlı qızın meyitini dərinlikdən çıxararaq aidiyəti üzrə təhvil veriblər. Artıq faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Hadisəni törədən şəxs saxlanılıb.
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.