Qaynar xətt:

(+99450) 247 90 86

15 yaşlı məktəbli qızın valideynlərinə xəbərdarlıq edildi - YENİLƏNİB/FOTO

15 yaşlı məktəbli qızın valideynlərinə xəbərdarlıq edildi - YENİLƏNİB/FOTO

CƏMİYYƏT

457

01.02.2022, 19:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Masallı rayonunda nişanlanan 15 yaşlı məktəbli qızın valideynlərinə xəbərdarlıq edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu "

OXU24.COM"a bildirib ki, təmsil etdiyi qurum Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, Komissiyadan Dövlət Komitəsinə bildirilib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq icra hakimiyyətinin əməkdaşları ailədə olublar və fakt araşdırılıb.

Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub: "Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa hər iki ailə məsuliyyətə cəlb ediləcəkdir".

T.Mərdanoğlu bildirib ki, hazırda məsələ Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir.

***

Polis ərə verilməsi barədə xəbəri yayılan yeniyetmə qızın ailəsini dindirib.

Ölkə.az xəbər verir ki, 2007-ci il təvəllüdlü J.M-nın iki gün əvvəl 1994-cü il təvəllüdlü Hacı Məmişovla "həri" mərasimi keçirilib. Məsələdən xəbər tutan Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları ailə ilə görüşərək onların izahatını alıblar. Ailə üzvlərinin bildirdiyinə görə, onlar sadəcə "həri" mərasimi keçiriblər, nişan və toy üçün qızın 18 yaşının tamam olmasını gözləyirlər.

Qeyd edək ki, 15 yaşlı qız əvvəllər ailəsi ilə birgə Lənkəranda yaşayıb. 4 il əvvəl ata və anası boşandıqdan sonra anası və bacısı ilə Masallı rayonunun Təzə Alvadı kəndinə köçərək orada yaşayıb. J.M Lənkəran və Masallıda təhsildən yayınmasına görə ərazi icra nümayəndəsi və məktəb direktoru tərəfindən müəyyən müddətdir ki, fərdi təhsilə cəlb olunub.