İpoteka ilə bağlı RƏSMİ XƏBƏR
05 Noyabr 2026, 07:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
457
31.01.2022, 19:29
Yanvarın 29-u saat 01:00 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəllüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi, həmin binanın qarşısında isə gənc oğlanın hündürlükdən düşməsi nəticəsində ölməsi faktı ilə bağlı araşdırmalar davam etdirilir.
OXU24.COM bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra hadisənin İ.Hüseynova məxsus mənzildə baş verdiyi məlum olub.
Belə ki, 50 yaşlı İ.Hüseynovun öz evində qətlə yetirilməsi dəqiqləşib. Onun mənzilindən özünü ataraq intihar edən 1997-ci il təvəllüdlü Fuad Mayılovu isə ilkin baxış zamanı tanıyan olmayıb. Bəlli olub ki, Fuadla İlham arasında qohumluq və ya qonşuluq əlaqəsi yoxdur. Hündürlükdən düşmə nəticəsində ölən 25 yaşlı Fuadın hadisə vaxtı üst geyiminin, iş çantasının, ayaqqabılarının da üstündə olması onun İlhamın evinə gələrkən və ya həmin evdən çıxarkən özünü binadan atmaq qərarına gəldiyini göstərir.
İlkin ehtimala görə F.Mayılov İ.Hüseynovu qətlə yetirdikdən sonra özünü eyvandan ataraq intihar edib.
Onun həmin evə niyə gəlməsi, İlham Hüseynovla hansı münasibətlərinin olması, hadisənin hansı şəraitdə və konkret hansı səbəbdən baş verməsi hələlik tam dəqiqləşməyib.
Araşdırmalar davam etdirilir.
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.