İpoteka ilə bağlı RƏSMİ XƏBƏR
05 Noyabr 2026, 07:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
382
27.01.2022, 18:55
Dünyanı cənginə alan koronavirus pandemiyasına son qoymaq üçün bir çox ölkələr bütün tibbi imkanlarını ortaya qoyaraq mübarizə aparır və virus əleyhinə vaksin tapmağa çalışırlar. Bugünə qədər müxtəlif vaksinlərin hazırlandığı deyilsə də, ilk dəfə Oksford universitetinin alimləri iltihab əleyhinə deksametazon adlı preparatın müsbət nəticə verdiyini açıqlayıblar. Oksford universitetinin alimləri aydınlaşdırıblar ki, iltiham əleyhinə pereparat olan deksametazon süni tənəffüs aparatına qoşulmuş koronavirus xəstələri arasında ölüm riskini 35 faiz. Kislorod müalicəsinə qoşulmuş xəstələrdə isə ölüm hallarını 20 faiz aşağı salır. Eyni zamanda alimlər sözügedən preparatın reanimasiyada müalicə alan 8 xəstədən birini sağaltdığını qeyd ediblər.
Saqlamheyat.az Yeniavaz.com-un xarici mənbələrə istinadən verdiyi xəbərə görə bildirir ki, deksametazon artıq 2 mindən çox koronavirus xəstələri üzərində test edilib. Həmin xəstələrdən biri də 69 yaşlı Pitr Herinqdir. O, aprel ayının sonunda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Nəfəs almaqda çətinlik çəkən Herinqin vəziyyəti getdikcə ağırlaşıb və ona oksigen dəstəyi verilib. Deksametazon müalicəsi üçün könüllü olan Herinq bir həftə ərzində evə buraxıldığını qeyd edib: "Xəstəxanaya gedəndə nəfəs ala bilmirdim. 2 tip diabet və yüksək təzyiqimin olduğu və 15 il əvvəl bağırsaq xərçənginə tutulduğumu nəzərə alsaq, yüksək risk qrupuna aid idim. Nəfəs almağım getdikcə pisləşəndə dərmanı istifadə etməyə başladıq. 5 gün sonra reanimasiyadan çıxdım. Bir həftə sonra isə evə qayıtdım. Hazırda özümü yaxşı hiss edirəm, enerjim tamamilə yerindədir”.
Oksford alimlərinin koronavirusa qarşı müsbət nəticə əldə etdiyi deksametazon preparatı nədir?
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.