SOCAR yeni müqavilə imzaladı
05 Noyabr 2026, 09:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
470
26.01.2022, 20:09
"Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılıb və dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib. Bu nə cəsarətsizlik, bu nə qorxaqlıq? Müəllimi belə aşağılamağa, töhmətləməyə kim haqq verib sizlərə? Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər, şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib?”.
Sfera.az xəbər verir ki, bu fikirləri Facebook səhifəsində deputat Fazil Mustafa yazıb.
Onun sözlərinə görə, normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur:
"İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın ustünə çığırmısan. Hələ serifikasiyaya hazırlaşmağı demirəm”.
Deputat hesab edir ki, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazımdır:
"Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram.
Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır”.
Milli Məclis üzvü müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinə olduğunu deyib:
"Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır. Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər, bu konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.

09:24 / 05 Noyabr 2026
1
09:14 / 05 Noyabr 2026
36
09:12 / 05 Noyabr 2026
35
09:05 / 05 Noyabr 2026
107
07:00 / 05 Noyabr 2026
142
05:00 / 05 Noyabr 2026
357
03:30 / 05 Noyabr 2026
189
01:05 / 05 Noyabr 2026
208
00:23 / 05 Noyabr 2026
624
00:18 / 05 Noyabr 2026
394
00:16 / 05 Noyabr 2026
1544
23:48 / 04 Noyabr 2026
344
23:44 / 04 Noyabr 2026
307
23:40 / 04 Noyabr 2026
247
23:35 / 04 Noyabr 2026
228
23:33 / 04 Noyabr 2026
188
23:30 / 04 Noyabr 2026
234
23:26 / 04 Noyabr 2026
150
23:22 / 04 Noyabr 2026
215
23:17 / 04 Noyabr 2026
281
23:14 / 04 Noyabr 2026
159
23:12 / 04 Noyabr 2026
161
23:04 / 04 Noyabr 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.