Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64327
az

General Mövlam Şıxəliyevin həbs olunandan sonra ilk - Fotosu

20:5925 Yanvar, 2022
252
CƏMİYYƏT
  • A

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən digər sabiq MTN vəzifəlilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

OXU24.COM "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində baş tutan prosesdə zərərçəkmiş qismində sabiq polis rəisi Əfsəl Həsənəliyev ifadə verib.

O bildirib ki, 35 il hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləyib: "Sonuncu iş yerim Nəqliyyatda Baş Polis İdarəsi olub. Təqaüdə çıxandan sonra bizneslə məşğul olmuşam. Yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb, iş adamlarına qarşı amansız divan tutur. 2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni fəaliyyətə görə məni həbs edərlər.

Mən Tiflisdən Azərbaycana pirotexniki vasitələr gətirmək üçün Gürcüstana getmişdim. Bu malların ölkəyə gətirilməsi qadağan idi deyə biz malları İrana aparmaq qərarına gəldik. Amma MTN əməkdaşları gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayaraq zorla saxlanc yerinə apardılar. Hansı ki həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib. Bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bizim bu hərəkətlərimizin adı cinayət yox, ticarət olub. Bu gün də 660 min manat dəyəri olan həmin yükün harada olması sualına cavab verilmir".

Zərərçəkmişin sözlərinə görə, onların barəsində qaçaqmalçılıq ittihamı ilə uydurma cinayət işi başlanılıb: "Mövlam Şıxəliyev ibtidai istintaqın aparılmasını Yasin Məmmədova həvalə etdi. Mövlam Şıxəliyev məni dəfələrlə saxlanıldığım təcridxanadan xidməti kabinetinə çağırtdırıb. Məndən əvvəlcə 100 min manat istəyirdilər, sonra 50 min dollara düşdülər. Bu adamlar MTN-i alver yuvasına çevirmişdilər. 5 ay həbsdə başıma müsibət açdılar. Mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, pullu bir iş adamının adını çək, nişan ver, onu tutaq, səndən əl çəkək. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Vəkil Xavər Həsənovun vasitəçiliyi ilə ailəmdən 7 min manat aldılar. Məni 5 ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torbada aparıb-gətirdilər, sanki Bin Laden idim. Həbsdən azad olunduqdan sonra da məndən əl çəkmədilər. Yasin Məmmədov həyatımı qaralamışdı. Gündə 5-10 dəfə zəng edib pul tələb edirdi. Evimi girov qoyub kredit götürdüm. Yasin Məmmədova xidməti otağında 28 min manat verdim".

Təqsirləndirilən Mövlam Şıxəliyev bu ittihamlara heç bir reaksiya verməyib. Yasin Məmmədov isə Əfsəl Həsənəliyevdən heç vaxt pul almadığını deyib.

Məhkəmə fevralın 1-də davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Qeyd edək ki, istifadə etdiyimiz foto generalın həbsindən sonra çəkilmiş ilk şəklidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkənin təhlükəsizlik naziri HƏBS OLUNDU -FOTO
Şəhid anaları təyyarə qəzasında həlak olanların ruhuna dualar oxudular -FOTO/VİDEO
Pilotlar təyyarəni buna görə dənizə endirməyiblər -Kapitan SƏBƏBİ AÇIQLADI / VİDEO

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü