Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63632
az

Azərbaycandakı Pfizer vaksinlərinin son istifadə müddəti bu tarixdə bitəcək - RƏSMİ

14:3108 Yanvar, 2022
224
CƏMİYYƏT
  • A

İstifadə müddəti dekabrın 31-də bitmiş yeni növ koronavirus (COVID-19) əleyhinə olan "Pfizer/Biontech” peyvəndləri müvafiq məntəqələrdən utilizasiya üçün geri alınıb. Vaksinlərin geri yığılması prosesinə onların istifadə müddətinin bitməsinə bir həftə qalmış başlanılıb.
 
Oxu24com  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda vaksinasiya məntəqələrində tətbiq olunan "Pfizer/Biontech” peyvəndlərinin istifadə müddəti martın 22-nə qədərdir.

Xatırladaq ki, 2021-ci il noyabrın 22-də "Pfizer/Biontech" preparatının istifadə müddətinin 6 aydan 9 aya qədər uzadılması barədə qərar qəbul edilmişdi. Həmin vaxt Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada "Pfizer/Biontech" preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumlara məktub göndərmişdi. Nəticədə, "Pfizer/Biontech" vaksininin istifadə müddəti ümumilikdə 3 ay olmaqla 2021-ci ilin dekabrın 31-dək uzadılmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Bu şəxslər dövlətdən 800 manatdan çox pul ala bilər - AÇIQLAMA
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş