“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Qarşı tərəf bilməyəcək
07 Noyabr 2026, 21:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1117
05.01.2022, 19:04
Diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Qida Təhlükəsizliyi Agentliyindən Oxu24.com-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Portuqaliya Respublikasının Leyriya dairəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Portuqaliya Respublikasının Leyriya dairəsindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Portuqaliya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
22:17 / 07 Noyabr 2026
1
22:07 / 07 Noyabr 2026
216
21:49 / 07 Noyabr 2026
193
21:47 / 07 Noyabr 2026
61
21:44 / 07 Noyabr 2026
49
21:37 / 07 Noyabr 2026
212
21:36 / 07 Noyabr 2026
67
21:33 / 07 Noyabr 2026
70
21:20 / 07 Noyabr 2026
69
21:18 / 07 Noyabr 2026
70
21:09 / 07 Noyabr 2026
79
21:03 / 07 Noyabr 2026
232
20:57 / 07 Noyabr 2026
92
20:54 / 07 Noyabr 2026
294
20:45 / 07 Noyabr 2026
244
20:38 / 07 Noyabr 2026
106
20:20 / 07 Noyabr 2026
2963
20:15 / 07 Noyabr 2026
139
20:10 / 07 Noyabr 2026
120
20:03 / 07 Noyabr 2026
95
19:58 / 07 Noyabr 2026
126
19:53 / 07 Noyabr 2026
4713
19:38 / 07 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.