Qaynar xətt:

(+99450) 247 90 86

Lənkəranda evə qaz sızıb, partlayış olub, 14 yaşlı şagird xəsarət alıb - FOTO

Lənkəranda evə qaz sızıb, partlayış olub, 14 yaşlı şagird xəsarət alıb - FOTO

CƏMİYYƏT

514

04.12.2021, 23:32

 

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış baş verib.

OXU24.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi 2007-ci il təvəllüdlü Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandıran zaman partlayış olub. Hadisə nəticəsində O. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yeniyetməyə ilkin tibbi-yardım göstərildikdən sonra təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə gətirilərək 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.