General-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
09 Noyabr 2026, 12:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
694
04.12.2021, 22:58
Azərbaycanda dələduzluğun yeni metodu ortaya çıxıb. Bu dəfə mobil telefonların IMEI kodları hədəf alınır. İnsanlara saxta yollarla qeydiyyata alınmış telefonlar satılır. Bunun da ciddi təhlükələri var. Kibertəhlükəsizlik üzrə ekspertlə bu məsələyə aydınlıq gətirmişik.
OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, əslində dünyada yeni deyil, illərdir var, amma bizdə son zamanlar geniş vüsət almağa başlayıb. Söhbət IMEI kod vasitəsilə mobil telefonların saxtalaşdırılmasından gedir. Bəs, bu, necə baş verir? Kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas prosesin "klonlaşdırılma" yolu ilə həyata keçirildiyini deyir.
Ekspert hesab edir ki, IMEI kodu saxtalaşdırılmış mobil cihazlar saxta hesab olunur və bu cihazlarla bağlı istifadəçilər üçün real təhlükələr mövcuddur.
Ölkəmizdə hazırda surəti köçürülmüş mobil cihazların bağlanması gündəmdə olmasa da, bu cür telefon istifadəçiləri digər təhlükələrdən sığortalanmayıblar. Beynəlxalq təcrübə göstərir ki, IMEI kodun saxtalaşdırılması yolu ilə insanlara istifadəyə yararsız, həmçinin borc və cinayət predmeti olmuş mobil telefonlar satılır. Bütün bunlara baxmayaraq, saxtakarlıq edən şəxsi yalnız bir məsələ maraqlandırır...
Qeyd edək ki, IMEI kodun qeydiyyatı adətən rəsmi dövlət qurumları tərəfindən aparılır və hər bir IMEI kodu cihaz vasitəsilə GSM danışıqlarının reallaşması üçün cihazın kimlik kartı hesab edilir. Azərbaycanda mobil cihazların qeydiyyatını və yoxlanışını imei.az saytı vasitəsilə onlayn şəkildə həyata keçirmək mümkündür.
12:03 / 09 Noyabr 2026
49
11:56 / 09 Noyabr 2026
37
11:56 / 09 Noyabr 2026
50
11:43 / 09 Noyabr 2026
56
11:37 / 09 Noyabr 2026
138
11:34 / 09 Noyabr 2026
60
11:30 / 09 Noyabr 2026
55
11:22 / 09 Noyabr 2026
73
11:09 / 09 Noyabr 2026
179
11:05 / 09 Noyabr 2026
109
10:55 / 09 Noyabr 2026
160
10:51 / 09 Noyabr 2026
304
10:44 / 09 Noyabr 2026
147
10:38 / 09 Noyabr 2026
200
10:30 / 09 Noyabr 2026
118
10:27 / 09 Noyabr 2026
103
10:10 / 09 Noyabr 2026
176
10:09 / 09 Noyabr 2026
196
10:00 / 09 Noyabr 2026
229
09:36 / 09 Noyabr 2026
1308
09:26 / 09 Noyabr 2026
111
09:19 / 09 Noyabr 2026
149
08:46 / 09 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.