Qaynar xətt:

(+99450) 247 90 86

Saakaşvilinin həbsxanadan ilk görüntüləri - VİDEO - FOTO

Saakaşvilinin həbsxanadan ilk görüntüləri - VİDEO - FOTO

CƏMİYYƏT

575

21.10.2021, 19:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk fotosu çəkilib.

Oxu24.com report-a istinadən xəbər verir ki, o, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.

M.Saakaşvili türmə kamerasından tərəfdarlarına "Siz çox güclüsünüz" sözləri ilə təşəkkür edib.

Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə alıblar.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.