Qaynar xətt:

(+99450) 247 90 86

Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü

Şəhid ərinin anım mərasiminə gedən qadın qəzada öldü

CƏMİYYƏT

495

21.10.2021, 18:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zərdabda şəhid həyat yoldaşının anım mərasiminə gedən qadın Kürdəmir yolunda qəzaya düşərək ölüb.

Oxu24.com-un APA-ya istinadən məlumatına görə, Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı Ələsgərova Günel İnqilab qızı Bakıdan rayona anım mərasiminə gedirmiş. Yol qəzası Kürdəmir yolunda baş verib.

Avtomobildə olan digər sərnişin də qəzada ölüb.

Zərdab rayon İcra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov faktı təsdiqləyib.