BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib
10 Noyabr 2026, 12:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1289
21.10.2021, 00:36
Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, "Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
oxu24.com bildirir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
İttihamda göstərilib ki, 14 iyun 2021-ci ildə Binəqədi rayonunun Novxanı bağlar sahəsində E.Kəlbəliyev sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover" markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Yorğun və əzgin vəziyyətdə qaydalara əməl etməyərək qarşısını almaq imkanı olduğu halda sağlamlığa ağır zərər vurmaqla və avtomobilə maddi ziyan vurmaqla Cinayət Məcəlləsinin 263.1.4-cü maddəsinin tələblərini pozub.
Elşad Kəlbəliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.
Növbəti məhkəmə baxışı noyabrın 5-nə təyin olunub.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi "Range Rover" və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
Xatırladaq ki, E.Kəlbəliyev "Qurtuluş 93" yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93"də satış müdiri vəzifəsində çalışıb və "Əlincə" futbol klubunun prezidenti olub.
12:21 / 10 Noyabr 2026
21
12:18 / 10 Noyabr 2026
39
12:04 / 10 Noyabr 2026
77
12:00 / 10 Noyabr 2026
185
11:45 / 10 Noyabr 2026
1045
11:42 / 10 Noyabr 2026
81
11:39 / 10 Noyabr 2026
86
11:28 / 10 Noyabr 2026
99
11:16 / 10 Noyabr 2026
154
11:04 / 10 Noyabr 2026
98
10:45 / 10 Noyabr 2026
109
10:39 / 10 Noyabr 2026
779
10:32 / 10 Noyabr 2026
102
10:28 / 10 Noyabr 2026
156
10:21 / 10 Noyabr 2026
196
10:17 / 10 Noyabr 2026
124
10:15 / 10 Noyabr 2026
156
10:10 / 10 Noyabr 2026
142
09:50 / 10 Noyabr 2026
1045
09:46 / 10 Noyabr 2026
123
09:35 / 10 Noyabr 2026
145
09:26 / 10 Noyabr 2026
208
09:19 / 10 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.