10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
583
19.10.2021, 17:29
İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb.
Bu haqda İsrailin “Channel 12” telekanalı bildirir.
Məlumata əsasən, ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək.
Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.
Ötən ay İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aviv Kohavi bəyan etmişdi ki, onun ölkəsi İranın nüvə proqramlarına qarşı fəaliyyət hazırlıqlarını xeyli sürətləndirib.
Onun sözlərinə görə, İsrailin müdafiə büdcəsinin əhəmiyyətli hissəsi məhz bu məqsəd üçün nəzərdə tutulub.
Qeyd edək ki, Kohavi bu ilin yanvar ayında isə bildirmişdi ki, İsrail ordusu İrana güclü zərbələrin endirilməsi üçün yeni əməliyyat planları hazırlayır. Avqust ayında isə Baş Qərargah rəisi İranın nüvə fəaliyyətini sürətləndirməsinə cavab olaraq İsrail ordusunun öz əməliyyat planlarının yerinə yetirilməsini də sürətləndirildiyini deyib.
Maraqlıdır, İsrail və İran arasında müharibə olma ehtimalı nə qədərdir? Hətta bunun nəticəsində Üçüncü Dünya müharibəsi başlaya bilər?
Hərbi-ekspert Ramil Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, İsrail və İran həmsərhəd olmadığına görə açıq müharibə olma ehtimalı real görünmür:
“İsrail və İran arasında faktiki olaraq uzun illərdir ki, müharibə vəziyyəti davam edir. Hesab edirəm ki, bunu “hibrid müharibə” də adlandırmaq olar.Uzun illərdir ki, İsrail İran hərbi birləşmələrinə qarşı özünə qonşu olan ölkələrdə Suriyada, Livanda və İraqda əməliyyatlar keçirir. Həmçinin, İran da analoji addımları İsrailə qarşı atır.Hətta biz bu əməliyyatların görüntülərinin də şahidi oluruq. Düşünürəm ki, bu iki ölkə arasında açıq müharibə olma ehtimalı çox aşağıdır. Çünki belə bir müharibənin başlaması humanitar problemlərin yaranmasına gətirib çıxara bilər”.
Ekspert əlavə edib ki, 1,5 milyardlıq məbləğ müharibə üçün ayrılmayıb:
“Bu, İsrail üçün sadəcə olaraq, fərqli texnologiyaların əldə edilməsi və kəşfiyyat məlumatlarının təmin olunması ilə bağlı ayrılan məbləğdir. Əgər müharibə baş versə belə, bu, Üçüncü Dünya müharibəsinin başlamasına təkan verməyəcək.Düşünürəm ki, tərəflər arasında müharibə olacağı təqdirdə Rusiya və Çin İranı, ABŞ və NATO ölkələri isə İsraili dəstəkləyəcək. Lakin onu da nəzərə alaq ki, mövcud şəraitdə belə müharibələrin baş verməsi dünyanın nəhəng dövlətləri üçün uyğun deyil. Yəni konkret olaraq ABŞ və ya Rusiya buna imkan verməyəcək”.
12:37 / 10 Noyabr 2026
60
12:31 / 10 Noyabr 2026
47
12:21 / 10 Noyabr 2026
120
12:18 / 10 Noyabr 2026
66
12:04 / 10 Noyabr 2026
95
12:00 / 10 Noyabr 2026
224
11:45 / 10 Noyabr 2026
1403
11:42 / 10 Noyabr 2026
86
11:39 / 10 Noyabr 2026
97
11:28 / 10 Noyabr 2026
104
11:16 / 10 Noyabr 2026
167
11:04 / 10 Noyabr 2026
109
10:45 / 10 Noyabr 2026
118
10:39 / 10 Noyabr 2026
839
10:32 / 10 Noyabr 2026
108
10:28 / 10 Noyabr 2026
164
10:21 / 10 Noyabr 2026
209
10:17 / 10 Noyabr 2026
129
10:15 / 10 Noyabr 2026
164
10:10 / 10 Noyabr 2026
152
09:50 / 10 Noyabr 2026
1217
09:46 / 10 Noyabr 2026
129
09:35 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.