Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda imtahandan 700 bal toplayan iki gənc evləndi - FOTO

Azərbaycanda imtahandan 700 bal toplayan iki gənc evləndi - FOTO

CƏMİYYƏT

838

18.10.2021, 18:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda müxtəlif illərdə 700 bal toplamış 2 məzunun toy mərasimi keçirilib.

Oxu24.com azxeber.com-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat paylaşıb. Məlumata görə, hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər.

Ucal Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq, Nərmin Məmmədli isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakultəsinə qəbul olmuşdur.