10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
851
17.10.2021, 20:42
Xalq artisti Yusif Eyvazov Rusiyanın NTV kanalında yayımlanan "Однажды" proqramının qonağı olub.
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, opera ifaçısı həyatından, xoşbəxtliyindən danışıb:
"Gənc yaşlarımda çox utancaq idim. Hətta bəzən komplekslərim də olurdu. Amma indi 44 yaşım var və mən heç nədən çəkinmirəm, qorxmuram".
Y.Eyvazov bildirib ki, atası sənət yolunda hər zaman onu dəstəkləyib, anası isə onun necə pul qazanacağını düşünüb:
"Heç kim təsəvvür etmirdi ki, musiqi peşə ola bilər. Monserrat Kabalyenin ifalarına qulaq asanda düşünürdüm ki, bir insan necə belə səs çıxara bilər? Bunu öyrənməyə başladım. 29 yaşıma çatanda isə nədən pul qazanacağımı düşünməyə başladım. Həmin vaxta qədər dəli kimi pul xərcləyir, müxtəlif yerlərdə çalışırdım. Hətta ofisiant da işləmişəm. Qazandıqlarımı təhsilə verirdim. "Aida" operasını oxudum, bu, İtaliyada mənim debütüm oldu".
Xanımı, Rusiyanın Xalq artisti Anna Netrebkodan bəhs edən Yusif onun alış-verişi çox sevdiyini deyib:
"Başa düşə bilmirəm ki, bu qədər geyimi nə edir. Onları geyinməyə vaxtı belə çatmır. Nyu-Yorkda, Venesiyada, Sankt-Peterburqdakı evlər yeni geyimlərlə doludur. Hətta onlar arasında üzərində etiketləri olanlar da var".
Opera ifaçısı ilə tanışlıqlarını xatırlayan Yusif bildirib ki, Annanın oğlu ilk vaxtlar onu qəbul etməyib:
"Onun autizm sindromu var idi, saatlarla iPad-lə oyunlar oynayırdı. İndi o mənim, mən isə onun ən yaxın dostudur. Hər şeyini açıq danışacağı insan mənəm. Hiss etmirəm ki, ata deyiləm, mənim övladım var. Mənim üçün Tyaqonun bioloji atası olmamaq problem deyil. Genetik cəhətdən Anna ilə aramızda uyğunsuzluq var. Buna görə də öz uşağımız ola bilməz. Nyu-Yorkda bunu etmək istədik, müayinələrdən sonra qərar verildi ki, mümkünsüzdür. O, başqa kişidən uşaq dünyaya gətirə bilər, mən də başqa qadından ata ola bilərəm. Amma bir yerdə olmaz.
Kimdən uşaq sahibi olum? Surroqat anadan? Bu cür hallardan qorxuram. Başqasından olan uşaq mənim nəyimə lazımdır? Ən yaxşısı başqasının uşağını övladlığa götürərəm. Bu versiya mənim üçün daha yaxşıdır, nəinki həyat yoldaşımdan uzaq bir qadından ata olmaq...".
13:05 / 10 Noyabr 2026
1
13:00 / 10 Noyabr 2026
14
12:37 / 10 Noyabr 2026
104
12:31 / 10 Noyabr 2026
65
12:21 / 10 Noyabr 2026
213
12:18 / 10 Noyabr 2026
79
12:04 / 10 Noyabr 2026
102
12:00 / 10 Noyabr 2026
246
11:45 / 10 Noyabr 2026
1613
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
106
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
190
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
123
10:39 / 10 Noyabr 2026
863
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
172
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1332
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.