Qaynar xətt:

(+99450) 247 90 86

"WhatsApp" yeni funksiyanı işə salır - FOTO

\\\"WhatsApp\\\" yeni funksiyanı işə salır - FOTO

CƏMİYYƏT

899

16.10.2021, 22:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"WhatsApp" messenceri rezerv nüsxələri "e2ee" ("end-to-end encryption") üsulu ilə şifrələməyə başlayıb.

Oxu24.com publika.az-a istinadən xəbər verir ki,  bu barədə şirkət özünün "Twitter" hesabında məlumat yayıb.

Məlumat üçün qeyd edək ki, tətbiq artıq "e2ee" şifrələmədən istifadə edir. Ancaq əvvəllər telefon itdiyi və ya kiberhücum baş verdiyi zaman danışıqların "Google Disk" və ya "iCloud"da olan rezerv nüsxələri qorunmurdu.

Yeni funksiya sayəsində istifadəçi çatın ehtiyat nüsxələrini harada saxlamasından asılı olmayaraq "e2ee" şifrələməni həyata keçirə biləcək. Eyni zamanda şifrəli ehtiyat nüsxəsi üçün parol təyin etmək və ya 64 rəqəmli açar istifadə etmək olar.