Qaynar xətt:

(+99450) 247 90 86

"4 dozada peyvəndlənən və klinikada yatan xəstələrimiz var" - həkim-infeiskonistdən qalmaqallı açıqlama - VİDEO

\\\"4 dozada peyvəndlənən və klinikada yatan xəstələrimiz var\\\" - həkim-infeiskonistdən qalmaqallı açıqlama - VİDEO

CƏMİYYƏT

844

07.10.2021, 20:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İngiltərədə koronavirusu olan insanlar üzərində aparılan araşdırma nəticəsində xəstəlikdən sağ çıxanların beyinlərinin kiçilmə yaşadığı müəyyən edilib.

OXU24.COM türk mediasına istinadən xəbər verir ki, Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Ümit Savaşçı, beynin boz maddə adlanan hissəsində büzülmə və hüceyrə ölümünün müşahidə edildiyini ifadə edərək, bu vəziyyətin gələcəkdə həm MS, həm də Alzheimer xəstəliyində artımlara səbəb ola biləcəyinə diqqət çəkib. O, İngiltərədə Covid-19-un təsirləri ilə əlaqədar çox əhəmiyyətli işlərin aparıldığını ifadə edib: "Ürək tutulumu, ağciyər tutulumu, kişilərdə sonsuzluq və nevroloji təsirlərindən bəhs etdik".

O, peyvəndlənmənin və qaydalara riayət edilməsinin lazım olduğunu ifadə edib: "Bəzən bu mövzuda anlaşılmazlıqlar ola bilər. Mənə də 3 doz Biontech peyvəndi vurulub, amma yenə də maskamı iki dəfə taxıram. Əl gigiyenasına və məsafəyə diqqət edin. Hər şey bitmiş kimi düşünməsinlər. 4 dozada peyvəndlənən və klinikada yatan xəstələrimiz var. Təbii ki, peyvəndlənmənin aşılanmanın böyük bir üstünlüyü var".