Qaynar xətt:

(+99450) 247 90 86

Toylarla bağlı məhdudiyyət ləğv edilir? - VİDEO

Toylarla bağlı məhdudiyyət ləğv edilir? - VİDEO

CƏMİYYƏT

606

06.10.2021, 18:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyulun 1-də toyların keçirilməsi ilə bağlı qadağa qüvvədən düşdükdən sonra keçirilən toylara hər masada maksimum 6 masa olmaqla, ümumilikdə ən çox 150 qonaq qəbul etmək icazəsi verilir. Artıq ölkəmizdə koronavirus göstəricilərində rəqəmlər yaxşılığa doğru dəyişir.

OXU24.COM  xəbər verir ki, sağalanlar artır, yoluxanlar azalır, ən əsası da vaksinasiyaya cəlb olunanların ümumi rəqəmlərdə xüsusi çəkisi artıb. Belə olduğu təqdirdə növbəti yumşaldılmalarda toylarla bağlı məhdudiyyətlərin aradan qaldırılması və ya dəyişdirilməsi gözləntiləri yaranır. Bu yumşalmanı isə ən çox övladına toy etmək istəyən valideynlər gözləyir.

Şadlıq evlərinin işçiləri də valideynlər qədər gözlənti içindədir. Onlar növbəti yumşalmanın toyun qonaqlarının sayı ilə bağlı olacağı təqdirdə qiymətlərin də ucuzlaşacağını deyir.

Millət vəkili Müşfiq Məmmədli oktyabrın 7-də Milli Məclisin Sosial-siyasət komitəsində mövcud durumla bağlı dinləmələrin olacağını və bu iclasda da müxtəlif təkliflərin səsləndirilə biləcəyini deyib.

Qeyd edək ki, toylarla bağlı ilk qadağa 2020-ci ilin martın 15-dən tətbiq edilib və 1ildən artıq davam edib.