Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
10 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1029
05.10.2021, 21:45
Dünyamız qəribə bir dünyadır. Bir-birimizin yanında yaşayırıq, lakin bir-birimizə bənzəmirik. Nə zahirdə bənzəyirik və nə də batində. Düşüncə və təfəkkür tərzimiz də fərqlidir. Bu dünyada xeyir və şər də çoxdur. Bu dünyada bəziləri şər işin əhlidirlər və bəziləri isə xeyir işin. Bəs insanların ən pisi kimlərdir?
İmam Əli (ə) bizə Allahın ən çox nifrət etdiyi iki dəstəni tanıtmışdır ki, bunlar: bidət edən cahillər və yalançı alimlərdir.
1. Allah bu insanları öz halına buraxmışdır. Onlar düz yollarını azıblar. Haqdan uzaq sözlərə ürək bağlayıb, insanları sürətlə yolundan azdırmaqla məşğuldurlar. O kəsləri ki, aldadıblar, onların günah yükü də çiyinlərində olar.
2. O kəs ki, məchulları bir-birinə qarışdırar və insanların arasında hiylə işlədər və fitnə qaranlıqlarında addımlayar, insanlar tərəfindən alim adlanar. Lakin o, alim deyildir. Səhər açılandan gecə qaranlığına qədər bir şeyləri toplamaqla məşğuldur ki, azı çoxundan daha yaxşıdır. Özünü cahil sularla sirab edərlər. Elə xəyal edər ki, elm xəzinəsidir. Halbuki, onda bir fayda olmaz.
Onlar ona görə ən nifrət olunan insanlardır ki, Həzrət Peyğəmbərin (s) və səma kitabının hədəfini məhv edir və insanlar arasında ədalət hissini zəiflədirlər. Bu insanlar başqalarını din və tövhiddən uzaqlaşdırır və onları yolundan azdırırlar. İkinci dəstə adətən öz şəxsi mənfəətinə görə insanların haqqını tapdalayar və günahsız insanların qanının tökülməsinə səbəb olarlar. Bu iki dəstədən biri insanların əqidəsini azdırmaqla məşğuldurlar. O biri dəstə isə əhkam mövzusunda insanları yolundan azdırar. Özlərini xalqın qazisi hesab edərlər, halbuki buna səlahiyyətləri yoxdur.
Bu insanların varlığında Allah üçün yer yoxdur. Onların əsl hədəfi öz "mən"ləridir. Bu cür insanların nə hisslərinə etimad etmək olar, nə də düşüncələrinə.
Biz insanların həyat hədəfi Allaha çatmaq və qovuşmaqdır. Hər kim bu yola daş atarsa və insanların hərəkətinə mane olarsa, özü və onunla bir yerdə olanlar Allahın ən çox qəzəbləndiyi kəslər olar. Onların həsrət və peşmançılıqdan başqa nəsibləri olmaz.
17:35 / 10 Noyabr 2026
25
17:16 / 10 Noyabr 2026
115
17:10 / 10 Noyabr 2026
79
17:06 / 10 Noyabr 2026
103
16:55 / 10 Noyabr 2026
313
16:47 / 10 Noyabr 2026
81
16:41 / 10 Noyabr 2026
78
16:35 / 10 Noyabr 2026
98
16:21 / 10 Noyabr 2026
120
16:12 / 10 Noyabr 2026
213
15:58 / 10 Noyabr 2026
116
15:44 / 10 Noyabr 2026
214
15:34 / 10 Noyabr 2026
342
15:31 / 10 Noyabr 2026
100
15:25 / 10 Noyabr 2026
138
15:22 / 10 Noyabr 2026
114
14:58 / 10 Noyabr 2026
3242
14:55 / 10 Noyabr 2026
607
14:48 / 10 Noyabr 2026
554
14:23 / 10 Noyabr 2026
616
14:20 / 10 Noyabr 2026
983
14:09 / 10 Noyabr 2026
394
14:00 / 10 Noyabr 2026
967
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.