Gürcüstanın Azərbaycandan soğan idxalına çəkdiyi xərc 2 dəfədən çox artıb
10 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1210
05.10.2021, 19:35
Sosial medianın inkişafı hər nə qədər məşhurların işinə yarasa da, son illər daha çox ön plana çıxan blogerlərdir.
OXU24.COM olay.az-a istinadən xəbər verir ki, izləyicilərinin sayı artdıqca maraqlı paylaşımlarının da sayını artıran blogerlər onlara gələn reklam təklifləri ilə də gündəmə gəlirlər.
Bəs, bu paylaşımların qiyməti nə qədərdir?
OLAY ortalama "bazar" qiymətlərini təqdim edir:
1,4 milyon izləyicisi olan bloger Aysel Şükürün tək stori paylaşım qiyməti 500 azn, post və stori birlikdə olanda isə 1000 azn-dir.
İnstaqramda 1,2 milyondan çox izləyicisi olan Aynişan Quliyevanın bir video paylaşımı 3500 manat, foto paylaşımı 2700 manat, stori paylaşımı isə 1700 manatdır.
Türkiyədəki evlənmə proqramı ilə məşhurlaşan bloger Nagehan Abdullayevanın 970 mindən çox izləyicisi var. Onun foto post paylaşım qiyməti 1500 azn, video paylaşım qiyməti 1800 azn, stori paylaşım qiyməti isə 600 azn-dir. Həyat yoldaşı Fərid Abdullayev isə stori üçün 250 azn tələb edir, post və stori birlikdə paylaşılırsa, bu zaman 600 azn ödəmək lazımdır.
Aparıcı Turanə Hüseynlinin 107 min izləyicisi olsa da, bir video postun qiymətin 1000 manat, foto paylaşımın qiyməti 800 manat, storinin qiyməti isə 350 manatdır.
Bloger Səma Abıyevanın video paylaşım qiyməti 1800, foto paylaşım qiyməti 700 manat, stori qiyməti isə 350 manatdır. Onun 125 min izləyicisi var.
Leyla və İgo Guseinov cütlüyünün hər biri ayrılıqda bir post üçün 1200 azn, stori üçün isə 400 azn tələb edirlər.
Modelyer Aynur Xəlilova da isə qiymətlər fərqlidir. O, video post üçün 1200 manat istəsə də, foto üçün bu qiymət 1500 manatdır. Aynurun storisində məhsulunuzu görmək istəsəniz, 500 manatınızdan keçməlisiniz.
Aktyor Əlixan Rəcəbov da isə post qiyməti 3500 azn, stori qiyməti isə 1500 azn-dir.
Aparıcı Nərmin Knyazda bir video postun qiyməti 800 manat, fotonun qiyməti isə 500 manatdır. Stori üçün isə 350 manat ödəniş olunmalıdır.
Reper Promete bir video üçün 500 azn, foto üçün isə 400 azn tələb edir. 350 azn isə onun stori qiymətidir.
Ekstrim bloger Fuad Tağı videonu 800 azn-ə, fotonu 500 azn-ə, storini isə 350 azn-ə paylaşır.
Bloger Turan Qarayevanın səhifəsində video yerləşdirmək üçün 600 azn, foto üçün 500 azn, stori üçün isə 300 azn xərcləmək lazımdır.
Blogerlər Tural Namazov və Elmira Namazova 983 minlik İnstaqram hesabında fotonu 2500 manata, videonu 2700 manata, storini isə 1000 manata paylaşır.
17:35 / 10 Noyabr 2026
25
17:16 / 10 Noyabr 2026
115
17:10 / 10 Noyabr 2026
79
17:06 / 10 Noyabr 2026
103
16:55 / 10 Noyabr 2026
313
16:47 / 10 Noyabr 2026
81
16:41 / 10 Noyabr 2026
78
16:35 / 10 Noyabr 2026
98
16:21 / 10 Noyabr 2026
120
16:12 / 10 Noyabr 2026
213
15:58 / 10 Noyabr 2026
116
15:44 / 10 Noyabr 2026
214
15:34 / 10 Noyabr 2026
342
15:31 / 10 Noyabr 2026
100
15:25 / 10 Noyabr 2026
138
15:22 / 10 Noyabr 2026
114
14:58 / 10 Noyabr 2026
3242
14:55 / 10 Noyabr 2026
607
14:48 / 10 Noyabr 2026
554
14:23 / 10 Noyabr 2026
616
14:20 / 10 Noyabr 2026
983
14:09 / 10 Noyabr 2026
394
14:00 / 10 Noyabr 2026
967
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.