Qaynar xətt:

(+99450) 247 90 86

Metrodan istifadə edənlərin nəzərinə: Gediş haqqı ilə bağlı yenilik olacaq - Saat, üzük...

Metrodan istifadə edənlərin nəzərinə: Gediş haqqı ilə bağlı yenilik olacaq - Saat, üzük...

CƏMİYYƏT

844

04.10.2021, 21:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bakı Metropoliteni" QSC-nin stansiyalarında gediş haqqının bank kartları ilə ödənilməsi üçün tədbirlər görülür.

OXU24.COM bildirir ki, bu barədə report-a hökumətdəki mənbə bildirib.

Onun sözlərinə görə, artıq "Bakı Kart" əmtəə nişanının sahibi olan "K Group" MMC Bakı metrosunda ilkin sınaq işləri həyata keçirib. Stansiyalardakı turniketlərin proqram təminatı yeniləndikdən sonra NFC (Near Field Communication) ödəniş sistemi tətbiq ediləcək. Bu isə nəinki bank kartları, həmçinin mobil telefon, "ağıllı" saat və üzüklər vasitəsi ilə də ödəniş etməyə imkan verəcək. Bu işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur".