Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...
10 Noyabr 2026, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
990
20.09.2021, 11:20
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb.
Təhsil Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.
Qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılıb. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Məlumat üçün qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti sentyabrın 23-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti isə sentyabrın 24-dək davam edəcək.
Həm ali, həm də orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə çatdırırıq ki, qeydiyyatla bağlı alternativ qeydiyyat mərkəzlərinin sayı artırılmışdır. Ətraflı məlumat portal.edu.az saytında yerləşdirilmişdir.
20:54 / 10 Noyabr 2026
1
20:46 / 10 Noyabr 2026
56
20:35 / 10 Noyabr 2026
77
20:17 / 10 Noyabr 2026
77
20:10 / 10 Noyabr 2026
736
19:59 / 10 Noyabr 2026
85
19:58 / 10 Noyabr 2026
86
19:52 / 10 Noyabr 2026
89
19:52 / 10 Noyabr 2026
84
19:43 / 10 Noyabr 2026
93
19:40 / 10 Noyabr 2026
113
19:26 / 10 Noyabr 2026
103
19:20 / 10 Noyabr 2026
590
19:06 / 10 Noyabr 2026
128
18:58 / 10 Noyabr 2026
750
18:56 / 10 Noyabr 2026
112
18:39 / 10 Noyabr 2026
220
18:26 / 10 Noyabr 2026
505
18:25 / 10 Noyabr 2026
159
18:19 / 10 Noyabr 2026
184
18:17 / 10 Noyabr 2026
136
18:04 / 10 Noyabr 2026
228
18:02 / 10 Noyabr 2026
1522
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.