Qaynar xətt:

(+99450) 247 90 86

Nəvələrinin toyunda koronavirusa yoluxan ər-arvad eyni gündə öldü - FOTO

Nəvələrinin toyunda koronavirusa yoluxan ər-arvad eyni gündə öldü - FOTO

CƏMİYYƏT

832

24.08.2021, 18:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda ər-arvad eyni gündə koronavirusdan vəfat edib.

OXU24.COM-un modern.az-a istinadən məlumatına görə, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar.

Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.