Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
57705
az

SON DƏQIQƏ! Rusiya Azərbaycan və Ermənistana çağırış edib

08:0120 Avqust, 2021
1833
  • A
“Rusiya dəfələrlə Bakı və İrəvana güc tətbiq etməkdən çəkinməyə, gərginliyi azaltmaq üçün istisnasız olaraq siyasi diplomatik vasitələrdən istifadə etməyə çağırıb”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Rusiya XİN Ermənistan-Azərbaycan sərhədində rusiyalı sərhədçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib M. Zaxarova bildirib ki, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasına dair Azərbaycanla Ermənistan arasında danışıqların tezliklə başlanmasına çağırır. O qeyd edib ki, Rusiya bu məsələdə lazımı məsləhət yardımı göstərməyə hazırdır: “Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq”. Baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun bu günlərdə Moskvada keçirilmiş iclasına toxunan XİN sözçüsü qeyd edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və təsərrüfat əlaqələrinin açılmasına yanaşmanın praktiki müzakirəsinə qayıtmağa nail olub: “Qrup fəaliyyətini bərpa edib. Avqustun 17-də Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib. Biz məmnunluqla qeyd edirik ki, tərəflər Cənubi Qafqaz regionunda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail olublar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəyə dolu düşdü: bir sıra fəsadlar yaratdı

Ucarda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
AzTV-nin aparıcısı meyxanaçı ilə ailə qurdu -FOTOLAR

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM