Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56353
az

Uçan avtomobillərdə sərnişin daşınmasına başlanılır - VİDEO

16:1211 İyul, 2021
290
CƏMİYYƏT
  • A

Yaponiyanın ən böyük aviadaşıyıcısı olan "Japan Airlines" 2025-ci ilə qədər uçan avtomobillərin kommersiya istifadəsinə başlamağı planlaşdırır.

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, ilk mərhələdə hava limanı ilə Mie prefekturasındakı turizm obyektləri arasında sərnişin daşınması xidmətinin başlanması planlaşdırılır.

Bundan başqa ölkənin ikinci ən böyük aviadaşıyıcısı olan "All Nippon Airways" də 2025-ci ilədək bənzər bir xidmət yaratmaq imkanlarını araşdırır.

Qeyd edək ki, Yaponiyada bu cür maşınların sınaqları artıq davam edir, lakin hökumətin dəqiq qaydalarının olmaması onların inkişafına mane olur, böyük investorları uzaqlaşdırır.

Yaponiya hökuməti artıq 2023-cü ildən etibarən uzaq adalara malların çatdırılması, 2025-ci ildən etibarən əsas nəqliyyat vasitələri daxil olmaqla sərnişin daşınmasına başlamaq üçün uçan avtomobillərin istismarı qrafiki və prosedurunu inkişaf etdirməyə başlayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi
Romantik səhər öpüşünün inanılmaz zərərləri

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş