Qaynar xətt:

(+99450) 247 90 86

Sabah Bakıda güclük külək əsəcək – XƏBƏRDARLIQ 

Sabah Bakıda güclük külək əsəcək – XƏBƏRDARLIQ 

CƏMİYYƏT

1338

26.04.2021, 21:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Hidrometeorologiya Xidməti sabahdan Bakıda hava şəraiti kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Qurumdan Oxu24.com-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında aprelin 27-si gün ərzində şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. 

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. 

Çaylarda sululuğun artacağı ehtimal olunur.