Qaynar xətt:

(+99450) 247 90 86

Heç vaxt dadmadığınız ləzzət - Ramazana özəl şirniyyat - VİDEO

Heç vaxt dadmadığınız ləzzət - Ramazana özəl şirniyyat - VİDEO

CƏMİYYƏT

1354

25.04.2021, 21:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazan ayında oruc tutanlar iftar və imsaq süfrələrinin reseptləri ilə maraqlanırlar. Dadlı, eyni zamanda doyumluluq hissi yaradan yeməklər isə hər bir oruc tutanın diqqət mərkəzində olur.

Milli.Az bu dəfə sosial şəbəkədə məşhur olan "Dadlı mətbəxim" səhifəsinə istinadən fərqli dada malik  şirniyyatdan söz açacağıq. Bu şirniyyat o qədər yüngüldür ki, hətta 5 ədəd yesəniz belə, sanki heç nə yeməmsiniz kimi hiss edəcəksiniz.

Ramazan süfrənizin bəzəyi olacaq bu yeməyin hazırlanması olduqca asandır. 

Şirniyyatı hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

8-10 ədəd alma

1 stəkan süd

2 yemək qaşığı şəkər tozu

1 vanil

1 yemək qaşığı nişasta

100 qram qoz

50 qram ərik

50 qram kişmiş

Şərbət üçün:

0,5 stəkan şəkər tozu

2 stəkan su

2 dilim limon

6 ədəd mixək

Üzərinə:

Xama
Fındıq

Sadə hazırlanması və ləziz dadı ilə süfrənizin bəzəyinə çevriləcək bu şirniyyatı bişirməyə elə indi başlayın.

Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.  

Nuş olsun!