Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2376
24.04.2021, 19:58
Məlum olduğu kimi, ötən əsrin 90-cı illərindən başlayaraq Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüququn əsas norma və prinsipləri pozulmaqla Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlarına silahlı hərbi təcavüz aktları başlayıb.
Azərbaycan Respublikası Baş Prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, qeyd olunan cinayətlərin gedişində Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvəllərində hərbi təcavüz nəticəsində Kəlbəcər rayonu da işğal olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu kimi cinayətlərin tam və hərtəfəli istintaq olunması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Belə ki, Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olub və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib.
"Bu gün Baş Prokurorluğun əməkdaşları tərəfindən digər aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə birgə qətlə yetirilmiş şəxslərin cəsədlərinin aşkar edilməsi məqsədi ilə qazıntı axtarış işlərinə başlanılıb.
Cinayət işi üzrə aparılan istintaq hərəkətlərinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək", - Baş Prokurorluqdan bildirilib.
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.