Qaynar xətt:

(+99450) 247 90 86

Kəmaləddin Heydərov: “Bizdə pul nə gəzir?”

Kəmaləddin Heydərov: “Bizdə pul nə gəzir?”

CƏMİYYƏT

990

24.04.2021, 19:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib.

Oxu24.com-un məlumatına görə, unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:

"O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir". 

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: "Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur".