Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
970
24.04.2021, 18:26
4 il sevgili oldu - Üzünü yalnız toy günü gördü - FOTO
Kanadanın Ontario əyalətinin 27 yaşlı sakini Mehdi İsa Aratun 28 yaşlı həyat yoldaşı Mubina Mustafanın üzünü 4 il tanışlıqdan sonra ilk dəfə toy günü görüb.
Oxu24.com BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, daim niqabla üzünü bağlayan Mubina həyat yoldaşı ilə universitetdə tanış olub. Onlar birlikdə mühazirələrdə iştirak edib, bir-birlərinə oxumaqda kömək ediblər.
Dini inanclarına görə gənclər sevgili kimi görüşə bilməyiblər. Mubina yalnız ərə getmək niyyətində olduğu oğlanla görüşə bilərdi, Mehdi isə müsəlman olmadığı üçün Mubina onunla ailə qura bilməzdi.
Lakin onların bir-birinə qarşı olan hissləri o qədər güclü olub ki, nəhayət Aratun İslam dinini qəbul etmək qərarına gəlib və müsəlman olduqdan sonra Mubinaya evlilik təklifi edib.
Yalnız toy günü, kəbin oxunduqdan sonra, o, öz sevgilisinin üzünü görə bilib.
"Mubina təsəvvür etdiyim kimi deyildi. Onun görünüşü məni yaxşı mənada təəccübləndirib", - deyə Mehdi təəssüratlarını bölüşüb.
Lakin o, qeyd edib ki, sevgilisinin üzünün necə olduğu onun üçün əhəmiyyətli deyil, əsas həyat yoldaşının özünü rahat hiss etməsi və olduğu kimi qalmasıdır.
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.