Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1226
24.04.2021, 14:45
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, bəzi kütləvi informasiya və sosial media səhifələrində tibb bacısının aparılan vaksinasiya prosesi zamanı vətəndaşa peyvəndi vurma görüntüsü yaratması, əslində isə peyvəndi vurmayaraq israf etməsi ilə bağlı videogörüntülər yayılıb.
Qeyd edilən faktla bağlı İcbari Tibbi Siğortadan daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində aparılmış araşdırma zamanı 21.04.2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 pandemiyası əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, 4 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları Kərimova Təbəssüm Hümmət qızı və Məmmədyarova Südabə Əhmədşah qızı tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilib.
Belə ki, peyvəndlənmə üçün müraciət edən şəxs - Gözəlov Samir Arif oğlunun qanunsuz təklifi əsasında tibb bacısı tərəfindən peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılmış, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınmış və dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib.
Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xırda talama) maddələri ilə inzibati xəta haqqında icraatlar başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xəzər rayon məkməməsinin qərarı ilə Samir Gözəlova 30 gün müddətinə inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai iş, Təbəssüm Kərimovaya isə 400 manat cərimə tənbehləri tətbiq edilib.
16:25 / 12 Noyabr 2026
50
16:21 / 12 Noyabr 2026
60
15:55 / 12 Noyabr 2026
72
15:36 / 12 Noyabr 2026
312
15:15 / 12 Noyabr 2026
94
15:12 / 12 Noyabr 2026
77
14:15 / 12 Noyabr 2026
132
14:04 / 12 Noyabr 2026
359
13:59 / 12 Noyabr 2026
311
13:55 / 12 Noyabr 2026
116
13:45 / 12 Noyabr 2026
211
13:36 / 12 Noyabr 2026
285
13:29 / 12 Noyabr 2026
135
13:21 / 12 Noyabr 2026
153
13:20 / 12 Noyabr 2026
175
13:18 / 12 Noyabr 2026
539
13:16 / 12 Noyabr 2026
178
13:07 / 12 Noyabr 2026
471
13:04 / 12 Noyabr 2026
117
13:00 / 12 Noyabr 2026
132
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
160
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.