Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazir qərar imzaladı: Müddət uzadıldı

Baş nazir qərar imzaladı: Müddət uzadıldı

CƏMİYYƏT

1770

23.04.2021, 17:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb. 

Oxu24.com -un məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, müddət iyunun 1-dək uzadılıb. Əvvəl bu müddət martın 31-dək müəyyən edilmişdi. 

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.