Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2024
22.04.2021, 21:19
Oxu24.com-un yeni layihəsi olan "Ramazan-i Şərif"də müqqədəs ayda doğru bilinən yalnışları, düzgün qidalanma qaydalarını, həmçinin gündəlik dualar barədə xəbərdar ola bilərsiniz.
İlahiyyatçı Hacı İlham Məhərrəmli, 11 ayın sultanı olan bu Ramazan günlərində hər gün üç sualı cavablandırıb oruc tutan şəxsləri məlumatlandıracaqdır.
1. Arıqlamaq üçün oruc tutanları gözləyən ‘’ mükafat’’ nədir?

''Bismillahi Rəhmani Rəhim. Hədislərdə bele buyurulub: Müqəddəs Ramazan ayında Allah, bəndələrini öz dərgahında qonaqlığına dəvət edir. Nəyin ki, maddi həmçinin mənəvi qonaqlığa da dəvət edərək, insanın ruhunu pak edir. Əgər bir insan arıqlamaq üçün oruc tutarsa, o insanın orucu qəbul olmaz. Oruc Allah üçün, ona yaxın olmaq üçün tutulmalıdır. Başqa niyyət üçün bunu edərsə onun tutduğu oruc qəbul olmaz. Niyyət orucluqda çox önəmlidir. Ramazanda yalnız Allah yolunda saf niyyəti olan şəxsin tutduğu oruc qəbul edilər. Bu halda o şəxsin. ruhu da, vücudu da sağlam olacaqdır.''
İmamoğlu: İstanbul'u, İBB Başkanı olarak dolaşıyorum
2. Ramazanda qonaq qarşılamağın önəmi nədir?
''Hədislərdə qeyd olunur ki, iftar vermək ən böyük savablardan biridir. Amma, gərək o insanlara oruc süfrəsi açasan ki, onların həqiqətən buna ehtiyacı vardır. Bu zaman süfrə açan həmin şəxsin arzusu qəbul olunar.Tanrı onun mükafatına artıqlaması ilə verər''.
Çocuklar oruç tutabilir mi? Tekne orucu nedir, nasıl tutulur? - Çocuk Haberleri
3. Uşaqlar hansı halda oruc tuta bilərlər?
''İslam dininin beş fərzindən biri olan oruc tutma böyüklər üçün riayət edilməsi gərəkən qayda olsa da, uşaqlar üçün fərqli şəkildə izah edilməlidir.İslam dini oruc tutmaq yaşını həddi-buluğa çatdıqdan sonra vacib bilir.
Şəriət baxımdan oğlan uşaqları 15 yaşdan, qız uşaqlarına isə 9 yaşdan sonra onlara oruc tutmaq olar. Ola bilər ki, həmin uşağın orqanizmi zəif olsun və oruc tutmaq əzmində olmasın. Belə olarsa, həmin uşağın oruc tutması vacib sayılmır. Amma uşaqlar özlərini bu yaşda oruc tutmaq üçün hazır edərlərsə, bu zaman Allahın buyurduğu qaydalara müvafiq olaraq Ramazan ayında oruc tuta bilərlər.
Ramazan ayının 10-cu gününün duası:
"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".
Tərcüməsi:
"İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver Öz yaxşılığınla, ey istək sahiblərinin son Qayəsi!"
Allah orucunuzu qəbul etsin!

17:19 / 12 Noyabr 2026
1
16:25 / 12 Noyabr 2026
69
16:21 / 12 Noyabr 2026
91
15:55 / 12 Noyabr 2026
85
15:36 / 12 Noyabr 2026
386
15:15 / 12 Noyabr 2026
136
15:12 / 12 Noyabr 2026
85
14:15 / 12 Noyabr 2026
147
14:04 / 12 Noyabr 2026
405
13:59 / 12 Noyabr 2026
334
13:55 / 12 Noyabr 2026
121
13:45 / 12 Noyabr 2026
234
13:36 / 12 Noyabr 2026
313
13:29 / 12 Noyabr 2026
143
13:21 / 12 Noyabr 2026
160
13:20 / 12 Noyabr 2026
183
13:18 / 12 Noyabr 2026
569
13:16 / 12 Noyabr 2026
183
13:07 / 12 Noyabr 2026
490
13:04 / 12 Noyabr 2026
122
13:00 / 12 Noyabr 2026
134
12:40 / 12 Noyabr 2026
135
12:25 / 12 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.