Bakıda avtobuslarda YENİLİK: Gedişhaqqı 13 noyabrdan...
12 Noyabr 2026, 18:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3424
18.04.2021, 21:39
45 ildən çoxdur ki, sükan arxasındayam. O vaxt avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və Əminə Yusifqızı. Aktrisalar içərisində ilk avtomobili mən sürmüşəm. Sürücülük həvəsi məndə ehtiyacdan yaranıb. Belə ki, həyat yoldaşım xəstə idi, məcbur idim ki, bütün evin işini mən görüm. Övladlarımı məktəbə, bağçaya aparıb qoyurdum. O vaxt mənə yaxşı da baxan var idi, pis də. Deyirdilər ki, buna bax, əri maşın sürməyə icazə verib. Ailəm üçün istifadə etdim maşından, uşaqlarımızı böyütdük, elə bilin ki, bu bizim ikinci köməkçimiz idi. Yoldaşımı işə aparıb qoyurdum, evə bazarlıq edirdim. Dükan-bazar hamısı üstümdə idi. Elə gün olub ki, 300 kilometr maşın sürmüşəm
Oxu24.com bildirir ki, bunu moderator.az-a açıqlamasında aktrisa Məsumə Babayeva bildirib. Aktrisa avtomobildən uzaq düşməsinin səbəblərindən də danışıb.

"Yadımdadır, o vaxt avtomobilimi həyat yoldaşımla birlikdə almışdım. Maşını o qədər çox sevirdim ki, heç vaxt ağlıma gəlməzdi ki, ondan bu qədər uzaq qalacam. İndi isə sevmirəm, nifrət edirəm. İndikindən uzaq, nəvəm avtomobil qəzasında dünyasını dəyişəndən sonra maşına əzrail gözü ilə baxıram. Hər il dünyada, ölkəmizdə avtomobil minlərlə insanların həyatına son qoyur. İndi maşınsızam, ya avtobusdan, ya da taksidən istifadə edirəm. Vaxtilə mənə çox yaxın yoldaş olan olan maşın indi mənim düşmənimdir. Bundan sonra avtomobil idarə etməyi düşünmürəm" deyə aktrisa bildirib.
Aktrisa hal-hazırda Gənc Tamaşaçılar Teatrında çalışdığın bildirib.
"Biz sənətçilər sənətsiz yaşaya bilmərik. Hal-hazırda pandemiya hökm sürür. Mən teatrda müqavilə ilə çalışıram. Zəng edirlər ki, Məsumə xanım sabaha tamaşanız var, mən də onda gedirəm. Teatrların pərdələri tamaşaçı üçün darıxıb. Mən teatra gələndən fəaliyyətdə olmuşam. İstedadıma görə işlərim də çox olub. Hər zaman da teatrda baş rollar, xarakterik obrazları canlandırmışam. Öncə oğlan, sonra isə ana və nənə rolları. Hər zaman tələb olunan aktrisa olmuşam. İş olanda yaşama stimulum artır" deyə Məsumə Babayeva deyib.
18:42 / 12 Noyabr 2026
109
18:40 / 12 Noyabr 2026
33
18:32 / 12 Noyabr 2026
166
18:28 / 12 Noyabr 2026
49
18:26 / 12 Noyabr 2026
72
18:16 / 12 Noyabr 2026
85
18:15 / 12 Noyabr 2026
75
18:07 / 12 Noyabr 2026
77
17:53 / 12 Noyabr 2026
78
17:19 / 12 Noyabr 2026
94
16:25 / 12 Noyabr 2026
101
16:21 / 12 Noyabr 2026
117
15:55 / 12 Noyabr 2026
115
15:36 / 12 Noyabr 2026
527
15:15 / 12 Noyabr 2026
191
15:12 / 12 Noyabr 2026
115
14:15 / 12 Noyabr 2026
190
14:04 / 12 Noyabr 2026
519
13:59 / 12 Noyabr 2026
406
13:55 / 12 Noyabr 2026
132
13:45 / 12 Noyabr 2026
258
13:36 / 12 Noyabr 2026
376
13:29 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.