Qaynar xətt:

(+99450) 247 90 86

Samuxda 6 müəllim və 11 şagird koronaya yoluxdu

Samuxda 6 müəllim və 11 şagird koronaya yoluxdu

CƏMİYYƏT

2676

08.04.2021, 21:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Samux rayonunda aprel ayı ərzində 17 nəfərdə koronavirus aşkar olunub.

Oxu24.com xəbər verir ki, 6 müəllim və 11 şagirdin sözügedən infeksiyaya yoluxması müəyyən olunub. İnfeksiyaya yoluxan şagirdlər əsasən 5 və 9-cu sinif şagirdləridir.

Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin fəaliyyəti isə dayandırılıb. Orta tədris müəssisəsində 14 günıük karantin tətbiq edilib, sözügedən məktəbin şagirdləri distant təhsilə cəlb olunub.