Qaynar xətt:

(+99450) 247 90 86

Suqovuşanda polis əməkdaşı qəzaya düşdü

Suqovuşanda polis əməkdaşı qəzaya düşdü

CƏMİYYƏT

2887

08.04.2021, 20:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com-un xəbərinə görə, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.