Çiy, yoxsa bişmiş kələm daha faydalıdır?
12 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4272
02.04.2021, 22:32
Dünyada infarkt, insult, ürək tutmaları və emboliyaların əsas səbəbi damarın tromvla tıxanmasıdır. Tromb qan laxtasının daha bərk formasıdır.
Əgər siz vaxtından əvvəl bədəninizdə tromb təhlükəsi olduğunuzu bilsəniz, özünüzün və doğmalarınızın həyatını qurtara bilərsiz.
Oxu24.com bütünlükdə sizdə tromb olduğunu göstərən 6 əsas simptomu təqdim edir.
1.Aşağı ətraflardan birinin şişməsi, ödemi
Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur.
2.Ayaqlarda ağrılar
Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi, ağırlıq, müntəzəm ağrılardır.
Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə və s. diqqətli olun.
3. Dəridə qəribə qırmızı xətlər, sahələr
Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar, adi dəri qızarması deyil. Bu, göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin.
4. Döş qəfəsində dərin nəfəs alma zamanı ağrı
Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ölümcül təhlükədən xəbər verir. Yəni istənilən vaxt tromb nəfəsi tıxaya bilər. Təcili həkimə getməlisiz.
5. Təngnəfəslik
Söhbət ağır yük qaldıranda, 10 mərtəbəni çıxarkən təngnəfəslikdən getmir. Tromb zamanı səbəbsiz təngnəfəslik olur. Bu o deməkdir ki, qan laxtası ağciyərlər ətrafındadır. Bu zaman xəstədə başgicəllənmə də olur.
6. Səbəbsiz və keçməyən öskürək
Qrip, bronxit olmadan öskürmək, hərarətsiz öskürək, heç bir dərmanın təsir etmədiyi halda əgər ağiyərlərin rentgeni də təmiz çıxıbsa, deməli ürək-damar sistemində tromb var və bu ürək ritmini dəyişərək tənəffüsə təsir edir.
Quru öskürək zamanı döş qəfəsi də ağrıyırsa, təngnəfəslik, nəfəs tıxanması varsa, trombdan şübhələnmək lazımdır.
Əgər bu 6 əlamətdən azı 3-ü sizdə varsa, tromba qarşı hərəkətə keçib, müayinə və müalicə olunmağın vaxtıdır.
23:53 / 12 Noyabr 2026
77
23:51 / 12 Noyabr 2026
1
23:40 / 12 Noyabr 2026
72
23:34 / 12 Noyabr 2026
63
23:24 / 12 Noyabr 2026
273
23:20 / 12 Noyabr 2026
66
23:19 / 12 Noyabr 2026
58
23:18 / 12 Noyabr 2026
69
23:12 / 12 Noyabr 2026
70
23:03 / 12 Noyabr 2026
78
23:02 / 12 Noyabr 2026
164
22:59 / 12 Noyabr 2026
74
22:55 / 12 Noyabr 2026
86
22:49 / 12 Noyabr 2026
101
22:40 / 12 Noyabr 2026
81
22:24 / 12 Noyabr 2026
144
22:21 / 12 Noyabr 2026
91
22:13 / 12 Noyabr 2026
104
21:55 / 12 Noyabr 2026
97
21:39 / 12 Noyabr 2026
106
21:26 / 12 Noyabr 2026
1175
21:19 / 12 Noyabr 2026
114
21:04 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.