Qaynar xətt:

(+99450) 247 90 86

Lənkəranda iki uşaq anası “yoxa çıxdı” - “Sevdiyi şəxsə görə qaçıb” - FOTO

Lənkəranda iki uşaq anası “yoxa çıxdı” - “Sevdiyi şəxsə görə qaçıb” - FOTO

CƏMİYYƏT

2227

02.04.2021, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran rayonunun Hirkan kənd sakini, 28 yaşlı Qardaşova Şəlalə Şaddıq qızı itkin düşüb.

Ş.Qardaşovanın dayısı oğlu Həsən Əliyev qafqazinfo-ya açıqlamasında bildirib ki, iki azyaşlı uşağı olan Şəlalə martın 27-i saat 18:00 radələrində yaşadığı evdən çıxıb. 

"Taksi çağıraraq Bakıya gedib, 20 yanvarda düşüb, sonra isə hara getdiyi bilinmir", - deyə o bildirib. 

Ailənin iddiasına görə, Ş.Qardaşova həyat yoldaşı Anar Qardaşov onu döydüyü və əziyyət verdiyi üçün evdən qaçıb: "Martın 25-də Şəlalə anasının yanına gəlib və Anarın onu incitdiyini, buna görə də qaçacağını deyib. Anası isə ona uşaqları olduğunu xatırladaraq evinə qayıtmasını tapşırıb. Onlar münaqişəli ailə olublar, əri Anar mərc oyunları oynayıb, pulunu orada batırırmış. Ailənin 6 və 7 yaşlarında iki övladı var, 13 ildir evlidirlər".

Ş.Qardaşovanın əri A.Qardaşov isə iddialarla bağlı açıqlamasında deyib ki, həyat yoldaşı ilə münasibətləri qısqanclıq zəminində pozulub. O iddia edib ki, xanımı paytaxta sevdiyi şəxsə görə qaçıb: "Qardaşının, ailəsinin qorxusundan qaçıb. Şəlalə gedəndən sonra telefonunda bir neçə nömrə tapdıq. Polis əməkdaşları həmin nömrələrlə əlaqə saxladı, amma bildirdilər ki, Şəlalə onların yanında deyil.

Onu Bakıya aparan sürücü deyir ki, Şəlalə onun telefonu ilə Kamran adlı şəxslə danışıb. Həmin şəxs ona "1 manatlıq" taksilərin yanında düşüb gəlməyi məsləhət bilib. Sürücü ilə həm polis, həm də mən danışmışam. O deyir ki, Şəlalə onunla deyil. Mən də polisə dedim ki, cinayət törədən şəxs onsuz da özü etiraf etmir".

Anar Dadaşov arvadı Şəlaləni döymədiyini bildirib: "Onun üçün burada, kənddə şəhər həyatı yaratmışdım. Əgər mən onu döymüşdümsə, gedib anasıgildə qalardı, polisə şikayət edərdi.

Mərc oyununu da öz puluma oynayıram, arada 2-3 manat hesaba qoyuram. İndi tapılsın, boşanacağam, daha nə edəcəyini özü bilər".

Ş.Dadaşovanın itkin düşməsi ilə bağlı polisə müraciət edilib, axtarışlar aparılır. Onu görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməsi xahiş olunur.

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

74

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

86

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

101

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

81

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

144

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

91

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

104

0
Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

21:55 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı  

97

0
Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

21:39 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI  

106

0
Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

21:26 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Türkiyədən acı xəbər: Hərbçilər həlak oldu

1175

0
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

21:19 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub 

114

0
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

21:04 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb

112

0