Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50779
az

Bu şəxslərə SMS göndəriləcək - Bu gündən...

23:2417 Mart, 2021
3376
CƏMİYYƏT
  • A

Bu gündən etibarən "Azəriqaz" İB qaz təchizatında hər hansı bir səbəbdən baş verən müvəqqəti fasilələrlə bağlı məlumatları SMS bildirişlər şəklində abonentlərə göndərməyə başlayıb.

İB-dən AZXEBER.COM-a verilən məlumata görə, bu proses pilot layihə olaraq ilkin mərhələdə 12 inzibati rayonu əhatə edir.

Bildirilib ki, bura Bakı şəhərinə daxil olan 11 rayon və Abşeron rayonu aid edilir:

"Məsələn, bu gün Nərimanov rayonunda həyata keçirilən təmir işlərinə dair məlumat həmin ərazidə yaşayan abonentlərin bazada mövcud olan mobil nömrələrinə SMS formasında çatdırılıb.

Bundan başqa, Xəzər rayonu, Şüvəlan qəsəbəsində də görülən işlərlə bağlı müvəqqəti fasilə barədə SMS bildiriş abonentlərə təqdim edilib.

Qeyd edək ki, SMS bildirişlər mahiyyət etibarilə də fərqlənir. Bildiriş mətnində qaz təchizatının hansı səbəbdən dayandırıldığı öz əksini tapır. Məsələn, müvəqqəti fasilə qaz sızması, təmir-tikinti, qəza və ya yeni qaz xəttinin şəbəkəyə qoşulması səbəbindən yarana bilər".

"Azəriqaz" İB pilot layihənin nəticələrini analiz etdikdən sonra proqram təminatında təkmilləşmə işləri aparmaqla gələcəkdə SMS bildirişlərin ölkə üzrə abonentlərə göndərilməsini nəzərdə tutur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Romantik səhər öpüşünün inanılmaz zərərləri
Qaşıntının qarşısını necə almaq olar?
DTX-nin həbs etdiyi Kamran Zülfüqarov tırın altında Azərbaycana qayıdıbmış  - ŞOK DETALLAR

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda lotereya biletlərini oğurlayan şəxs saxlanıldı