Qaynar xətt:

(+99450) 247 90 86

Vətəndaşlardan əl-barmaq izləri götürüləcək - Yeni şəxsiyyət vəsiqələrinə görə

2018-08/1535654199_sexsiyyet.jpg

CƏMİYYƏT

1206

30.08.2018, 22:36

\"\" Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
“Oxu24.com”un məlumatına görə, həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə 2.9-cu bəndə edilən dəyişikliyə əsasən, vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın ərizə-anketi üzrə məlumatları yoxladıqdan sonra ərizə-anketdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşınfotoşəkli və əl-barmaq izləri ilə birlikdə dərhal İAMAS-a (\"Giriş-çıxış və qeydiyyat\" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) daxil edəcək. Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda həyata keçiriləcək. Vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi) şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil ediləcək. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur. Dəyişikliklərə əsasən, fərman 2019-cu il yanvarın 1-dən deyil, 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir. Qeyd edək ki, sentyabrın 1-dən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bununla bağlı hazırlıq işləri artıq başa çatıb.