Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Operativ Qərərgah məlumat yaydı

2021/01/28/1611841951_tarq-kar.jpg

CƏMİYYƏT

1893

28.01.2021, 17:49

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Oxu24.com-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 793 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib, aktiv xəstə sayı 4 526 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 060, ötən müddət ərzində isə ümumilikdə 2 387 134 test aparılıb.