Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47404
az

SON DƏQIQƏ! FHN dağıntılar altından meyit tapdı

08:5226 Yanvar, 2021
3013
CƏMİYYƏT
  • A
Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir. APA-nın məlumatına görə, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyi də xilasetmə əməliyyatı ilə bağlı son məlumatı yayıb. Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir. "Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək", - deyə FHN-in məlumatında qeyd olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO
Bu şəxslər dövlətdən 800 manatdan çox pul ala bilər - AÇIQLAMA
Azərbaycanlı gənc Türkiyədə vəfat etdi

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş