Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan məscidlərində bayram namazı qılınıb

2018-08/1534921674_namaz.jpg

CƏMİYYƏT

698

22.08.2018, 11:12

\"\" Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının \"Təzəpir\" məscidində bayram namazı qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib. Qeyd edək ki, avqustun 22-23-də Azərbaycanda Qurban bayramı qeyd olunur.